Bakı, "Uğur", 2005, 127 səh.
Hərbi publisist, yazıçı Şəmistan Nəzirli oxucuların görüşünə yeni bir əsərlə gəlib. İllərlə həyat və fəaliyyətini öyrəndiyi böyük sərkərdə Əliağa Şıxlinski haqqında kitabını oxuculara təqdim edir. Əsərdə generalın həyat yoldaşı ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanım və unudulmuş general Novruzov qardaşları haqqında tədqiqatları da oxuculara ilk dəfə təqdim olunur.